Ukrayna peyki orbitə uğurla buraxılıb

Ukrayna peyki orbitə uğurla buraxılıb.

Ukraynanın “Siç-2-30” peyki ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral bazasındakı SLC-40 kompleksindən “SpaceX”in “Falcon 9” raketi ilə orbitə buraxılıb.

AZƏRTAC xəbər verir ki, Ukrayna Dövlət Kosmik Agentliyinin məlumatına görə, peykin xidmət müddəti üç il olacaq.

“Siç-2-30” yerin rəqəmsal fotoşəkillərini əldə etmək üçün nəzərdə tutulub. Bundan əlavə, peyk ionosferin monitorinqi üçün istifadə olunacaq.

Həmçinin, peykin köməyi ilə mühəndis strukturlarının yaradılması, hərbi texnikanın və gəmilərin hərəkəti haqqında məlumat almaq mümkün olacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski ilk peykin orbitə buraxılmasını Ukrayna üçün fövqəladə hadisə adlandırıb.

ƏvvəlkiTürkiyə və İsrail prezidentləri arasında telefon danışığı olub
NövbətiPrezident İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib