Ukrayna ordusu Rusiyanın “İsgəndər M” zenit-raket kompleksini məhv edib

Ukraynanın Çerniqov vilayətində “İsgəndər M” zenit-raket kompleksi məhv edilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Ordusunun “Şimal” operativ komandanlığından məlumat verilib.

Komandanlıq Ukrayna mövqelərinə zərbələr endirən kompleksin divizionun tamamilə məhv edildiyini açıqlayıb.