Ukrayna ABŞ-dan ilk uzaqmənzilli “M270” raket sistemlərini alıb

Ukrayna ABŞ-dan ilk uzaqmənzilli “M270” raket sistemlərini alıb.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Oleksiy Reznikov tviterdə bildirib.

“M270” universal sistemləri “MLRS” kimi taktiki raketlərin buraxılması üçün istifadə olunur. Minimum atəş məsafəsi mərminin növündən asılı olaraq 2 000 metr, maksimum məsafə 40 000-80 000 metrdir. Taktiki raketləri 220 kilometrə qədər məsafəni vurmağa qadirdir.

Xatırladaq ki, bundan əvvəl Norveçin Ukraynaya üç “M270” raket kompleksi təhvil verəcəyi barədə məlumat yayılıb.