UEFA Çempionlar Liqası: “Qarabağ” səfərdə İspaniya klubuna məğlub olub

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, “San Mames” stadionunda təşkil olunan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade, rəqibdə isə Qorka Quruseta ( 2 qol ) ilə Robert Navarro fərqləniblər .

Hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.

Əvvəlki“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib
Növbəti“Qalatasaray” Çempionlar Liqasında ardıcıl ikinci qələbəsini qazanıb