Üç qardaşın cibindən pul oğurlayan şəxs saxlanılıb

Oğurluq edən şəxs saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 13-də Biləcəri qəsəbəsi ərazisindəki evlərin birində usta işləyən Abşeron rayon sakinləri E.İsmayılovun və iki qardaşının ciblərindən 200 manat oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini R.Məmmədov saxlanılıb.

ƏvvəlkiTürkiyənin XİN başçısı: “Özbəkistanın Türk Şurasına üzvlüyü tarixi addımdır”
NövbətiQırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb