TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası gələn il Şuşada keçiriləcək

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası gələn il Şuşada keçiriləcək.

“Report”a Mədəniyyət Nazirliyindən bildirilib ki, bu barədə qərar Bursada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclasında qəbul edilib.

İclasda TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı dönəm toplantısının koordinatorluğu Azərbaycanın mədəniyyət naziri Anar Kərimova həvalə edilib.

Həmçinin mədəniyyət nazirlərinin yekdil qərarı ilə Türkmənistanın Anev şəhəri 2024-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib.