Türkmənistanda prezident seçkilərində səsvermə başa çatıb

Türkmənistanda prezident seçkilərində səsvermə başa çatıb.

Trend yerli MSK-ya istinadən xəbər verir ki, saat 19:00-a qədər seçicilərin 97,12 faizi səs verib.

Axal vilayətində 97,68%, Balkan vilayətində 97,29%, Daşoğuz vilayətində 96,80%, Lebap vilayətində 97,13%, Məryəm vilayətində 96,97%, Aşqabad şəhərində seçicilərin 97,51%-i səs verib.

Həmçinin ölkədən kənarda olan seçicilərin 90,93 faizi xaricdəki seçki məntəqələrində səs verib.

Ölkə xaricində olan bəzi seçki məntəqələrində səsvermə davam edir.

Xatırladaq ki, fevralın 11-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar verib.

Prezident postu uğrunda 9 namizəd mübarizə aparıb.