Türkmənistan neftinin Novorossiysk limanına ixracı bərpa edilir

Türkmənistan neftinin Rusiyanın Qara dənizdəki Novorossiysk limanına ixracı fevralda bərpa olunacaq.

AZƏRTAC xəbər verir ki, Mahaçqala-Novorossiysk kəməri ilə ayda 200 min tonadək türkmən nefti nəql ediləcək. “Vitol” şirkəti iki illik fasilədən sonra Mahaçqalada “Okarem” və “Çeleken” yataqlarından hasil edilən türkmən neftinin Novorossiysk limanına nəqlinə başlayıb. 2019-cu ildə Mahaçqala limanı vasitəsilə 1,5 milyon ton türkmən neftinin daşınması planlaşdırılır.

Qeyd edək ki, hazırda türkmən nefti Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

Xatırladaq ki, türkmən neftinin Dağıstan vasitəsilə daşınması 2016-cı ildə dayandırılmışdı.