Türkiyəyə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb

Azərbaycandan ölkəmizə yola düşən “C130” hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb”, – deyə məlumatda bildirilir.

ƏvvəlkiAzərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
NövbətiÇin idxal sərgisində 83,5 milyard dollarlıq sövdələşmə imzalanıb