Türkiyənin üç bölgəsində meşə yanğınları davam edir

Türkiyənin Denizli, Karabük və Aydın vilayətlərində meşə yanğınları ilə mübarizə aparılır.

AZƏRTAC xəbər verir ki, Aydın vilayətinin Buharkent rayonu ərazisində başlayan və Denizlinin Buldan rayonuna qədər yayılan meşə yanğınını söndürmək üçün 400-ə yaxın yanğınsöndürmə maşını, 159 ilkin müdaxilə avtomobili, təxminən digər 50 texnika və 3 min 500 nəfərdən artıq canlı qüvvə, eləcə də təyyarə və helikopterlər cəlb edilib.

Bəzi bölgələrdən sakinlər təxliyə olunublar.

ƏvvəlkiQazaxıstanda zəngin qızıl yatağı tapılıb
NövbətiBirinci xanım Mehriban Əliyeva “ŞƏT plyus” formatında görüşə qatılan dövlət və hökumət başçılarının xanımları ilə birlikdə gəmi gəzintisində iştirak edib