Türkiyənin Azərbaycandakı yeni səfiri faəliyyətə başlayıb

Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı səlahiyyətlərinin icrasına başlayıb.

“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyinin tvitter səhifəsində bildirilib.

“Səfir Cahit Bağçı aprelin 19-da Bakıya gəlib və diplomatın səfirlikdə qarşılanma mərasimi keçirilib. Səfir kollektivə təqdim olunduqdan sonra səlahiyyətlərinin icrasına başlayıb”- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvüdür.

Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın aprelin 3-də imzaladığı sərəncamı ilə Azərbaycana səfir təyin olunub.

Evlidir, 3 övladı var.

ƏvvəlkiTürkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da
NövbətiAzərbaycanda daha 2 075 nəfər COVID-19-a yoluxub