Türkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Türkiyənin beynəlxalq pul köçürmələri və ödəniş platforması olan “UPT” pul köçürmələri sisteminin Azərbaycanda yeni tərəfdaşı oldu.

“Azərpoçt”dan AZƏRTAC-a bildirilib ki, “Ödəniş transferi sistemi üzrə əməkdaşlıq” müqaviləsinə əsasən, “Azərpoçt” MMC və Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı (PTT) daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır. Müqavilə çərçivəsində “Azərpoçt” MMC və PTT, “Aktif Bank” tərəfindən təqdim olunan “Ödəniş ötürmə sistemi”ndən istifadə etmək barədə razılığa gəlib.

Azərbaycan və Türkiyə arasında sürətli pul köçürmələri hər il dinamik şəkildə artır. Aprel ayından etibarən vətəndaşlar hesab açmadan “Azərpoçt”un 1500-ə, PTT-nin isə 5000-dək poçt məntəqəsində daha aşağı tariflərlə etibarlı pul köçürmə əməliyyatını həyata keçirə bilirlər.

ƏvvəlkiBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunacaq
NövbətiTürkiyənin Azərbaycandakı yeni səfiri faəliyyətə başlayıb