Türkiyədə 6,1 maqnitudalı zəlzələ olub, dağıntılar altında qalanlar var

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində bir bina dağılıb. Dağıntılar altından 2 nəfər çıxarılıb, daha 2 nəfərin xilas olunması ilə bağlı əməliyyat davam edir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki səhifəsində bildirib.

O, qeyd edib ki, hazırda jandarm əməkdaşları tərəfindən xilasetmə işləri davam etdirilir.

Nazir daha əvvəl də Sındırgı rayonunda dağılan binanın altından bir nəfərin çıxarıldığını qeyd edib.

Qeyd edək ki, Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ dağıntılara səbəb olub. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.

Əvvəlkiİsrail Prezidenti ilə Baş naziri Azərbaycan liderini və xalqını təbrik edib
NövbətiTehran sərhədlərin qorunacağı təqdirdə Zəngəzur dəhlizinin əleyhinə deyil