Türkiyədə 6 bal gücündə zəlzələ olub

Türkiyənin Dənizli əyalətində 6 bal gücündə zəlzələ olub.

“Report” THM-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı Bozkurt rayonunun Armutalanı kəndindən 1,74 km aralıda 7,09 km dərinlikdə yerləşib. Dənizli bələdiyyəsinin sədri Osman Zolan bildirib ki, bəzi binalarda çatlar əmələ gəlib: “İtkilər barədə məlumat yoxdur. Hazırda kəndlərlə əlaqə saxlayırıq”.

Yerli KİV zəlzələ nəticəsində dağılan binaların altında insanların qaldığı haqqında məlumat yayıb.

Xatırladaq ki, bu gün İzmir əyalətində də 5,1 bal gücündə zəlzələ baş verib.

ƏvvəlkiZorakılığa yox deyək- ailəmizi qoruyaq” mövzusunda təlim davam edir
NövbətiAlmazbek Atambayevin iqamətgahında yeni əməliyyat başlayıb