Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada keçirilən BRİCS sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Tərəflər ikitərəfli iqtisadi və siyasi məsələləri, həmçinin enerji sahəsindəki əməkdaşlığı müzakirə ediblər.

Nazirlər, eyni zamanda, Yaxın Şərqdəki, o cümlədən Qəzzadakı cari durum barədə danışıblar.

ƏvvəlkiAzərbaycan ilə Pakistan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
NövbətiDiplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib