Türkiyə kosmosa ilk dəfə öz müşahidə peykini buraxacaq

Türkiyənin ilk müşahidə peyki aprelin 11-də kosmosa buraxılacaq.

Trend xəbər verir ki, bu barədə bazar günü özünün “Twitter” səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

“Yüksək ayırdetmə qabiliyyətinə malik ilk milli istehsalımız olan IMECE müşahidə peykimiz aprelin 11-də kosmosa buraxılacaq”, – deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə özünün insan resursları, imkanları və texnologiyası ilə qlobal kosmos yarışında irəliləməyə davam edəcək.

ƏvvəlkiÖzbəkistan Prezidentinə Türkiyənin ilk elektrik avtomobili “Togg” göndərilir
NövbətiŞəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib