Türkiyənin tanınmış aktrisası vəfat edib

Türkiyənin “Yaşılcam” səhnəsinin məşhur aktrisası Fatma Girik İstanbulda müalicə aldığı xəstəxanada 79 yaşında dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, 1942-ci il dekabrın 12-də İstanbulda anadan olan aktrisa 1957-ci ildə “Ləkə” filmi ilə kinoya addım atıb. Təxminən 180 ekran əsərində rol alan Fatma Girik ölkəmizdə də “Rabiyə”, ” Böyük and”, “Övlad” kimi filmləri ilə sevilib.