Türkiyənin təhlükəsizlik qüvvələri Şimali İraqda təhlükəli terrorçunu zərərsizləşdirib

Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) İraqın şimalındakı Gara bölgəsində PKK/KCK terror təşkilatlarına qarşı daha bir xüsusi antiterror əməliyyatı keçirib.

Trend xəbər verir ki, dəqiq zərbə nəticəsində “Kendal Pirsus” ləqəbli Ökkeş Devəri və onun mühafizəçisi “Kemal Pir” ləqəbli təhlükəli terrorçu Kayhan Kartal məhv ediliblər. Bildirilir ki, MİT əməkdaşları təhlükəli terrorçuların izinə düşərək onlara qarşı dəqiq atəş həyata keçirib.

Məlumat verilir ki, tibb təhsili alan Ökkeş Devəri universiteti yarıda buraxaraq 2010-cu ildə PKK sıralarına daxil olub və Qəndil bölgəsinə keçib. Sonrakı illərdə o, Zap, Metina və Hakurk bölgələrində terrorçuluq fəaliyyəti göstərib. Terror sahəsində ən son fəaliyyəti kimi Gara bölgəsində tibb işlərinə baxıb.