Türkiyənin daha iki hərbçisi terrorçularla mübarizədə şəhid olub

Türkiyənin daha iki hərbçisi İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla mübarizə zamanı şəhid olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Onlar Fatih Uğur Altınbaş və Kemal Özekdir.