Türkiyədə yenidən silsilə zəlzələlər başverib

Türkiyənin Çanaqqala bölgəsinin Çan mahalında 4.3 bal gücündə zəlzələ baş verib.

Türk.az xəbər verir ki, zəlzələ Bursa və Balıkəsirdə də hiss edilib.

Daha sonra mahalda 2.7, 1.8 və 3.1 bal gücündə daha 3 zəlzələ baş verib. Səhər saatlarında isə Boluda iki dəqiqə fərqlə 3.8 və 4 bal gücündə zəlzələlər meydana gəlib.