Türkiyədə terrorçuların sığınacaqları məhv edildi

Türkiyənin Silahlı Qüvvələrinin ölkənin şərqindəki Tunceli əyalətində keçirdiyi əməliyyat nəticəsində terrorçuların bir neçə sığınacağı məhv edilib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə əyalət qubernatorunun idarəsindən bildirilib.

“Eren-7 Mercan Munzur” əməliyyatı Hozat rayonu ətrafında keçirilib. Əməliyyat nəticəsində terrorçuların beş sığınacağı aşkar olunaraq məhv edilib.

Sığınacaqlarda axtarışın gedişatında qida məhsulları da tapılıb.

Regionda terrorizmlə mübarizə üzrə əməliyyat davam edir.