Türkiyədə son sutkada koronavirusdan 20 004 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) daha 283 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 305 047 nəfər test edilib, 23 946 yeni yoluxma halı qeydə alınıb.