Türkiyədə partiya lideri koronavirusdan öldü

Bağımsız Türkiyə Partiyası sədri Haydar Baş koronavirusdan ölüb.

O, Trabzonda müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, Haydar Baş aprelin 13-də koronavirusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onun ailə üzvlərindən 8 nəfərin də koronavirus testinin nəticəsi pozitiv çıxıb.