Türkiyədə “omikron” ştammına 42 yoluxma halı aşkarlanıb

Türkiyədə dekabrın 1-dən koronavirusun yeni “omikron” ştammına 42 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, “omikron” ştammına yoluxma halları İstanbul (30), İzmir (6), Şırnak (1), Diyarbakır (1), Kütahya (2) və İspartada (1) qeydə alınıb.

Bundan əlavə, Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 157 nəfər vəfat edib.

Ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 362 535 nəfər test edilib, 26 099 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 22 816 nəfər sağalıb.