Türkiyədə koronavirusa yoluxanların sayı İranı ötdü

“Türkiyədə daha 121 nəfər pandemiyanın qurbanı olub”.

“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 890 nəfərə çatıb.

“Bu gün 40 520 test aparılıb, 3 783 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 82 329 nəfərdir. Bu gün daha 1 822 pasiyent sağaldı, sağalanların ümumi sayı 10 453 nəfərdir”, – nazir qeyd edib.

Beləliklə, Türkiyə qeydə alınmış yoluxma sayına görə İranı ötüb.