Türkiyədə dövlət qurumlarına zərər vurmaqda şübhəli bilinən 23 nəfər həbs edilib

Türkiyənin 13 vilayətində dövlət qurumlarına zərər vurmaqda şübhəli bilinənlərin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Kocaeli Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyat nəticəsində 40 şübhəli saxlanılıb. Onlardan 23-ü həbs edilib.

Şübhəlilərin saxlanılması istiqamətdə əməliyyatlar davam etdirilir.