Türkiyədə baş verən zəlzələ nəticəsində 93 nəfər xəsarət alıb

Bu səhər İstanbul yaxınlığında baş verən zəlzələ nəticəsində 93 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bunu çərşənbə günü özünün “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca yazıb.

“Son məlumatlara görə, episentri Düzcədə olan zəlzələ nəticəsində xəsarət alanların sayı 93 nəfərdir. 37 yaralı, onlardan birinin vəziyyəti ağır – Düzcədə; İstanbulda – 2, Boluda – 14, Zonquldağda – 10, Sakaryada – 26 və Bursada – 4. 17 nəfərin xəstəxanalarda müalicəsi davam edir”, – deyə nazir bildirib.

Xatırladaq ki, çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Düzce vilayətində, ocağı isə 6,8 km dərinlikdə yerləşib.