Türkiyədə 3,5 bal gücündə zəlzələ olub

Ankarada yerli vaxtla saat 21:42-də 3,5 bal gücündə zəlzələ baş verib.Türk.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Yenimahalle rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.Zəlzələ Çankaya, Altındağ və Keçioren rayonlarında da hiss edilib.