Türkiyə XİN: “Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan ittifaqı daha da möhkəmləndi”

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə paylaşım edib.

“Report”un xəbərinə görə, paylaşımda deyilir:

“Cənab Prezident Rəcəb Tayyib Ərdoğan və Can Azərbaycanın Prezidenti İlham Əliyevin 15 iyun 2021-ci ildə imzaladığı Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan ittifaqı daha da möhkəmləndi. Bəyannamənin ildönümü mübarək!”.