Türkiyə və Ukrayna Prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, iki lider Rusiya və Ukrayna arasındakı böhranla bağlı son vəziyyət müzakirə ediblər.

Türkiyə dövlətinin başçısı Ukrayna və Rusiya Prezidentlərinin görüşü üçün səylərini davam etdirəcəyini dilə gətirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığında əsas məqsədlərinin davamlı atəşkəsin yaranmasına çatmaq olduğunu, müharibənin heç kimə faydalı gətirmədiyini ifadə edib.