Türkiyə və Rusiya XİN rəhbərləri arasında telefon danışığı baş tutub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, danışıq zamanı taxıl dəhlizi ilə bağlı vəziyyət, Qafqazdakı son hadisələr və “3+3” regional əməkdaşlıq platforması çərçivəsində əməkdaşlıq müzakirə olunub.