Türkiyə və Rusiya prezidentləri Kazanda ikitərəfli görüş keçirəcəklər.
AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib.
Liderlər Rusiya-Türkiyə münasibətlərinin konstruktiv xarakterindən məmnun qaldıqlarını və gələcək sıx qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildiriblər. Həmçinin bəzi aktual ikitərəfli və beynəlxalq mövzular, o cümlədən Yaxın Şərqdəki vəziyyətin təhlükəli inkişafı müzakirə edilib.
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Kazanda BRICS sammitində ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.