Türkiyə Təhlükəsizlik Şurası Ermənistanın son təxribatlarını pisləyib

Türkiyə Təhlükəsizlik Şurası Ermənistanın son təxribatlarını pisləyib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının yekununa dair məlumatda qeyd olunub.

“Ermənistan Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərinə görə pislənilib və Ermənistan rəhbərliyinə ona verilən sülh fürsətindən istifadə etmək və bütün razılaşma öhdəliklərini yerinə yetirmək məsuliyyəti xatırladılıb. Davamlı sülhə nail olmaq üçün böyük səylər göstərən Azərbaycana güclü dəstək öz təsdiqini tapmış, fikir ayrılıqlarını daha da dərinləşdirmək əvəzinə, başda region dövlətləri olmaqla, məsələyə müdaxil olan bütün aktorların səmimi şəkildə öz töhfəsini verməli olduğu vurğulanıb”, – məlumatda vurğulanıb.