Türkiyə-Suriya sərhədində dörd terrorçu ələ keçirilib

Türkiyə-Suriya sərhədində terror aktı planlaşdıran dörd terrorçu ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Qaziantep Şəhər Jandarma Komandanlığı və Jandarmanın Suriya İşçi Qrupu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılanların İŞİD terror təşkilatının yüksək vəzifəli şəxsləri olduğu müəyyən edilib. Terrorçuların ünvanlarında aparılan axtarış zamanı çox sayda silah-sursat aşkarlanıb.

Əməliyyat nəticəsində terrorçulara kömək göstərməkdə şübhəli bilinən daha altı nəfər saxlanılıb.