Türkiyə silahlı qüvvələri İraqın şimalında səkkiz terrorçunu məhv ediblər

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Metina bölgəsində səkkiz terrorçunu zərərsizləşdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, məhv edilən terrorçular terror aktı törətməyə cəhd göstərirmişlər.

Türkiyə ordusu antiterror əməliyyatlarını davam etdirir.