Türkiyə qoruyucu maska tələbi aradan qaldırılıb

Türkiyədə xəstəxanalar istisna olmaqla, digər yerlərdə qoruyucu maska ​​taxmaq artıq məcburi deyil.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

“Üçüncü gündür ki, gündəlik yoluxma sayı 1 000-dən azdır. İstənilən halda ictimai nəqliyyatda qoruyucu maska ​​taxmaya bilərik. Xəstəxanalar istisna olmaqla, maska ​​taxmaq məcburi deyil. Lakin ictimai nəqliyyatda və insanların sıx toplaşdığı yerlərdə maskaların sizinlə olması daha yaxşıdır”, – nazir tviter səhifəsində yazıb.

Qeyd edək ki, son sutka ərzində Türkiyədə koronavirusa 864 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.