Türkiyə parlamentinin spikeri istefa verib

Türkiyə parlamentinin spikeri Binəli Yıldırım vəzifəsindən istefa verib.

“Report” xəbər verir ki, o bunu martın 31-də Türkiyədə keçiriləcək yerli seçkilərdə İstanbulun meri postuna namizədliyini irəli sürməsi ilə əlaqələndirib.

“Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri postunu tərk edəcəyəm”, – deyə Yıldırım deputatlara müraciətində bildirib.