Türkiyə parlamenti Qazaxıstanda iğtişaşlar zamanı zorakılığı pisləyib

Türkiyə Böyük Millət Məclisi (parlament) Qazaxıstanla bağlı bəyannamə qəbul edib.

Trend-in “Anadolu”ya istinadən verdiyi məlumata görə, bəyannamədə Qazaxıstanda baş verən iğtişaşlar zamanı zorakılıq aktları pislənilir.

Sənəddə vurğulanır ki, Ankara bu ölkədə sabitliyin bərqərar olması üçün hər cür yardımı göstərməyə davam edəcək.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar.