Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyanın şimalında 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik terrorçuların “Sülh bulağı” əməliyyatı zonasında məhv edildiyini bildirib.