Türkiyə ordusu Suriyada 6 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK-nın 6 terrorçusunu zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçular “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları zonalarına hücum etməyə cəhd göstəriblər.

Əməliyyatlar davam edir.