Türkiyə ordusu İraqın şimalında 2 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqın şimalında iki PKK terrorçusunu zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, terrorçular “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində məhv edilib.

Nazirlik qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri bölgədə terrorun təzahürlərinə qarşı qətiyyətli mübarizəni davam etdirəcək.