Türkiyə ordusu 16 terrorçunu zərərsizləşdirib

PKK terror təşkilatının “Pençe-Şimşek” əməliyyatı zonasında aşkarlanan daha bir neçə silahlısı Türkiyə hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Bu barədə “Report” Türkiyə mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, terrorçular ATAK helikopterləri tərəfindən məhv edilib.

Türkiyənin Daxili İşlər Nazirliyi isə “Eren” əməliyyatında Şırnakda daha 4 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Daha əvvəl “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə 6, “Fırat Kalkanı” əməliyyatının keçirildiyi bölgədə isə 1 terrorçu olmaqla, ümumilikdə 7 PKK/YPG terrorçusunun məhv edildiyi bildirilib.

Bununla da son 24 saatda zərərsizləşdirilən terrorçuların sayı 16-ya çatıb.