Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İstanbuldakı Baş konsulunun ölkəsinə qayıtmasını tələb edib.
Türk.az xəbər verir ki, nazirlik məsələ ilə bağlı yaydığı açıqlamada “İsrailin İstanbuldakı Baş konsulunun bir müddətlik ölkəsinə qayıtmasını istədik” deyib.
Qeyd edək ki, Qəzza zolağında yaşanan gərginliklə əlaqədar olaraq Türkiyə XİN İsrail səfirini ölkəsinə göndərib. Analoji addımı İsrail tərəfi də atıb.