Türkiyə azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib

Türkiyə tərəfindən 2023-2024-cü tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir.

Proqrama sənəd qəbulu fevralın 23-dək davam edəcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.