Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykot edəcək

Türk.az TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada çıxışı zamanı ölkəsinin ABŞ istehsalı olan elektron məhsullarını boykot etməyi planlaşdırdığını deyib.

“Amerika iqtisadi cəhətdən yalnız bizə deyil, Çin, Rusiya, İran və Avropaya da hücum edir. Kanadaya da belə. Ancaq bizə qarşı bir əməliyyat başlayıb. Biz Amerika elektronikasını boykot edəcəyik. Onlarda iPhone var, amma dünyada “Samsung” da var. Türkiyədə yerli telefon markası olan Venus Vestel mövcuddur.”, – o qeyd edib.