Türk Şurasının Azərbaycan dilində qısametrajlı yeni tanıtım filmi yayımlanıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Azərbaycan dilində qısametrajlı yeni tanıtım filmi yayımlanıb.

Bu barədə AZƏRTAC-a Türk Şurasından məlumat verilib.

Videoçarxda 2009-cu ildə Naxçıvan Sazişinin imzalanması ilə beynəlxalq qurum kimi yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) türkdilli dövlətlər arasındakı qardaşlıq əlaqələrini koordinasiyalı şəkildə həyata keçirmək məqsədilə artıq 11 ildir fəaliyyət göstərdiyi, bu fəaliyyətlərin davamlı əməkdaşlıq çərçivəsində inkişaf etdirildiyi bildirilir.

Qurumun katibliyi tərəfindən hazırlanan filmdə təşkilatın fəaliyyət və nailiyyətləri ilə yanaşı, strategiyası haqqında da ictimaiyyətə ətraflı məlumat verilir.

Film Azərbaycan dili ilə yanaşı, təşkilata üzv və müşahidəçi ölkələrin dillərində də hazırlanıb.

Türk Şurası haqqında filmin hazırlıq işləri davam edir və tezliklə yayımlanması planlaşdırılır.