Türk ordusundan daha bir əməliyyat: 23 ölü

    Türkiyə Silahlı Qüvvələri terrorla mübarizə əməliyyatları çərçivəsində 23 PKK-çını məhv edib.

    Türk.az xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahından informasiya yayılıb.

    Məlumata görə, 10-17 may tarixlərində PKK-ya məxsus 7 silah anbarı, xeyli sığınacaq və 49 ədəd kustar üsulla düzəldilmiş partlayıcı aşkar edilərək zərərsizləşdirilib.