Türk Dövlətləri Təşkilatı mart soyqırımı ilə bağlı paylaşım edib

Türk Dövlətləri Təşkilatı 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.

“Report” xəbər verir ki, Təşkilatın tviter səhifəsində qeyd olunub:

“31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə azərbaycanlı qardaşlarımızla birlikdə soyqırımı qurbanlarını yad edir və bir daha bildiririk ki, Türk Dövlətləri Təşkilatı olaraq bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi və insanlığa qarşı belə cinayətlərin təkrarlanmasının qarşısını almaq istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.