Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının toplantısı başlayıb

Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının XII toplantısı başlayıb.

“Report” xəbər verir ki, bu barədə təşkilat tviterdə məlumat yayıb.

Bildirilib ki, iclas Şura sədri Binəli Yıldırım, TDT-nin Baş katibi Bağdad Amreyev və üzv ölkələrin ağsaqqalarının açılış çıxışları ilə başlayıb.