Türk əsilli alim Almaniya Prezidentini seçən konqresə nümayəndə olub

“BioNTech” şirkətinin qurucularından olan doktor Özlem Türeci Almaniya Prezidentini seçəcək Federal Konqresə nümayəndə seçilib.

“Report” xəbər verir ki, məlumatı “Habertürk” yayıb.

Bildirilib ki, Almaniya Sosial Demokrat Partiyası tərəfindən qurultaya nümayəndə seçilən Özlem Türeci 2022-ci il fevralın 13-də keçiriləcək prezdent seçkisində səs verəcək.

Qeyd edək ki, Almaniyada prezident 736 deputatla yanaşı, 16 əyalətin müəyyənləşdirdiyi Federal Konqresin nümayəndələrinin verdiyi səslə seçilir. Federal Konqres bu məqsədlə 5 ildən bir toplanır.